ƏSAS SƏHİFƏ – SERVİS VƏ TEXNİKİ BAXIM XİDMƏTİ
Müştərilərimizə servis, quraşdırılma və texniki baxım xidmətləri sahəsində geniş spektrli və peşəkar həllər təqdim edirik. Soyutma, havalandırma, elektrik və santexnika sistemlərinin düzgün şəkildə qurulması və daimi texniki baxımı, avadanlıqların uzunömürlü və səmərəli işləməsi üçün vacibdir. Bizim məqsədimiz müştərilərimizin avadanlıqlarını fasiləsiz və təhlükəsiz şəkildə işləməsini təmin etməkdir.
1. Avadanlıqların düzgün şəkildə quraşdırılması onların səmərəli işləməsi üçün əsas şərtdir. Təcrübəli mütəxəssislərimiz hər bir quraşdırma işini standartlara uyğun və təhlükəsizlik qaydalarına riayət edərək həyata keçirir. Kondisioner, soyuducu, ventilyasiya və elektrik sistemləri kimi müxtəlif avadanlıqların montajı ilə peşəkar səviyyədə məşğul oluruq.
2. Quraşdırılmış avadanlıqların daimi texniki xidmətini təmin edərək, onların performansını və iş qabiliyyətini yüksək səviyyədə saxlayırıq. İstənilən nasazlıq və ya texniki problem yaranarsa, təcrübəli komandamız operativ şəkildə müdaxilə edərək, problemi qısa zamanda həll edir.
Professional komandamızla operativ şəkildə xidmət göstərmək Şirkətimizin əsas və öndə gələn prinsiplərindəndir.
Sifariş Üçün Zəng Edin
+994 10 213 10 09
info@karabeycompany.az
Ünvan
Akim Abbasov